Ümumi məlumat

Siz bu bölmədə AzRe Təkrarsığorta tərəfindən təqdim olunan məhsul və xidmətlər barədə ümumi məlumat əldə edə bilərsiniz. Həmçinin, AzRe-ni nə üçün öz təkrarsığorta partnyoru seçməniz barədə qısa informasiya əldə edə bilərsiniz:

Nə üçün AzRe?

AzRe Təkrarsığorta kapital və riskinizin sığortası üzrə geniş çeşidli təkrarsığorta həlli və məhsulları təqdim edir. Təkrarsığorta sığortaçının bir və ya bir neçə sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçıda, onlar arasında bağlanmış müqaviləyə müvafiq olaraq sığorta etdirməsidir. Təkrarsığortanın məqsədi sığortanın məqsədi ilə eynidir – riskin bölüşdürülməsi. Riski sığorta sənayesində yaymaqla (bölüşdürməklə), təkrarsığorta mexanizmi sığorta bazarının daha effektiv fəaliyyət göstərməsinə imkan verir. Bu yönümdən, AzRe-nin məqsədi Azərbaycan sığorta bazarında riskləri effektiv bölüşdürülməsidir.

Risklərinizi təkrarsığorta etmək üçün AzRe-ni seçmənizə əsas səbəb aşağıdakılardır:

Əlavə tutum

Bu bizim sedentlərimizə daha böyük risklərin sığortasına şərait yaradır.

Fəlakət

Biz öz sedentlərimizi bir katastrofik itkidən və ya bir neçə böyük zərərlərdən qoruyuruq.

Sabitləşmə

Biz Sedentlərimizin ümumi fəaliyyətinin stabil inkişafına yardım edirik.

Yeni bazar

Biz sedentlərimizə, yeni sığorta məhsulları üzrə kifayət qədər ehtiyyatların yaradılması müddətinədək risklərin ötürülməsi imkanı yaradırıq və bununla da onlarda yeni risklərin sığortası zamanı əlavə əminlik yaradırıq.

Təcrübə

Biz yeni sığorta növləri üzrə sedentlərimizi anderrayting təcrübəsi ilə təmin edə bilərik.

Siz təkrarsığorta təminatı almaq üçün bizim Fakultative Təkrasığorta Bölməsinə və, Obliqator Təkrarsığorta Bölməsinə müraciət edə bilərsiniz.

Fakultativ Təkrarsığorta

Hansı növ təkrarsığorta növünün təqdim olunması sedent şirkətin ehtiyaclarından asılıdır. Biz sizin riskin idarə edilməsi üzrə korporativ fəlsəfənizə uyğun müxtəlif növ təkrarsığorta məhsulları təqdim edirik. AzRe öz sedentlərinə mütanasib cə qeyri-mütənasib qaydada fakultativ və obliqator təkrarsığorta məhsulları təqdim edir. Fakultative təkrarsığorta hər bir riskin ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığorta olunmasını nəzərdə tutan təkrarsığortanın formasıdır. Beynəlxalq sığorta bazarında, fakultativ təkrarsığorta, əsasən, obliqator təkrarsığorta müqavilələri ilə əhatə oluna bilməyən, böyük həcmli risklərin təkrarsığortası üçün istifadə olunur. Lakin yerli sığorta bazarının xüsusiyyətlərini nəzərə almaqla, AzRe çox da böyük olmayan risklərin təkrarısğortasını fakultativ qaydada həyata keçirir. Biz aşağıdakı sığorta növləri üzrə fakultativ təkrarsığorta məhsullarını təqdim edirik:

  • Əmlak və iş fəaliyyətinin dayandırılması
  • Tikinti
  • Su nəqliyyatı
  • Yük
  • Ümumi kommersiya məsuliyyəti
  • Fərdi qəza
  • Maliyyə riskləri və s.

Sedent şirkətlər bizə birbaşa və ya təkrarsığorta vasitəçiləri vasitəsilə müraciət edə bilərlər. Sığorta brokerləri ilə yaxından əməkdaşlıq etməklə, biz bütün sığorta sinifləri üzrə müxtəlif təkrarsığorta proqramları hazırlayırıq.

Obliqator Təkrarsığorta

Hansı növ təkrarsığorta növünün təqdim olunması sedent şirkətin ehtiyaclarından asılıdır. Biz sizin riskin idarə edilməsi üzrə korporativ fəlsəfənizə uyğun müxtəlif növ təkrarsığorta məhsulları təqdim edirik. AzRe öz sedentlərinə mütanasib cə qeyri-mütənasib qaydada fakultativ və obliqator təkrarsığorta məhsulları təqdim edir. Obliqator təkrarsığorta - Təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığorta olunmasını nəzərdə tutan təkrarsığortanın formasıdır və o, bir və ya bir neçə sığorta portfelinin təkrarsığortasını nəzərdə tutur.

AzRe Təkrarsığortanın obliqator təkrarsığorta müqaviləsi bağlamaqla siz aşağıdakı üstünlüklər əldə edə bilərsiniz:

  • Təkrarsığortaya verilən risklərin individual araşdırılmaması
  • Müvafiq sığorta növləri üzrə sığorta olunan risklərin avtomatik təkrarsığorta olunması
  • Sedentin risk tutumunun artması ilə əlaqədar böyük risklərin sığortalanması
  • Fakutativ təkrarsığortadan daha az məsrfəli olması
  • Bir müqavilə ilə bütün risklərin sığortalanması
  • AzRe Təkrarsığortanın riskinin sedent şirkətlə eyni vaxtda başlaması

AzRe Təkrarsığortanın Obliqator Sığorta Departamenti mütənasib və ya qeyri-mütənasib qaydada sedentlərin ehtiyyaclarını ödəyəcək “riskin ötürülməsi” həllini təqdim edir.

Obliqator təkrarsığorta üzrə müştəri fokusumuz – Tam maliyyə sabitliyi və təkrarsığorta tutumu axtaran Azərbaycan sığorta şirkətləridir. Lakin gələcəkdə Orta Asiya və MDB məkanının sığorta bazarlarına daxil olmaq planlarımız da vardır.

AzRe Təkrarsığortanın Obliqator Təkrarsığorta Departamenti aşağıdakılar da daxil olmaqla, ənənəvi əmlak/məsuliyyət risklərinin obliqator təkrarsığortasını təqdim edir:

  • Əmlak
  • Əmlak katastrof
  • Tikinti-quraşdırma
  • Avtomobil
  • Nəqliyyat vasitəsi sahiblərinin məsuliyyəti
  • Yük / Gəmi
  • Ümumi kommersiya məsuliyyəti
  • İşəgötürənin məsuliyyəti

Sedent şirkətlər bizə birbaşa və ya təkrarsığorta vasitəçiləri vasitəsilə müraciət edə bilərlər. Sığorta brokerləri ilə yaxından əməkdaşlıq etməklə, biz bütün sığorta sinifləri üzrə müxtəlif təkrarsığorta proqramları hazırlayırıq.