Direktorlar Şurası

Quliyev Fuad Əjdər oğlu – Direktorlar Şurasının Sədri


15 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsini bitirmişdir. Daha sonra Chartered Sığorta İnstitutunda sığorta təhsili almışdır. 2002-ci ildən sığorta sahəsində fəaliyyət göstərir və 2011-ci ilədək “Standard Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində işləmişdir. Həmçinin 2011-2012-ci illər ərzində Rusiyada fəaliyyət göstərən PSQ “Osnova” şirkətində Baş direktorun müavini, “AFM Sığorta Brokeri” şirkətində İcraçı direktor vəzifələrində işləmişdir.
Azərbaycan, rus və ingilis dillərini bilir.



Səfərov Vəlihəd Məmmədağa oğlu – Direktorlar Şurasının Üzvü

Mansurov Anar Eldar oğlu – Direktorlar Şurasının müstəqil üzvü

İdarə Heyəti

Abbasov Vüsal Ramiz oğlu – İdarə Heyətinin Sədri


1984-cü ildə anadan olmuşdur. Beynəlxalq Hüquq üzrə bakalavr dərəcəsi və Maliyyə üzrə MBA dərəcəsi var. Sığorta sahəsində 2005-ci ildən etibarən çalışır. AzRe Təkrarsığortada İdarə Heyətinin Sədrinin Müavini vəzifəsində çalışmazdan əvvəl Alfa Sığorta MMC-nin Direktor Müavini vəzifəsində işləmişdir. Azərbaycan, İnglilis və Rus dillərini bilir.






Əfəndiyeva Lalə Əli Heydərovna – İdarə Heyətinin Üzvü

1963-cü ildə anadan olmuşdur. Maliyyə sahəsində 1995-ci ildən etibarən işləyir. 2007-ci ildə AzRe Təkrarsığorta ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir. Azərbaycan, Rus və İnglilis dillərini bilir.











Samsonov İvan Vladimiroviç – İdarə Heyətinin Üzvü

1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2005-ci ildə Milli Aviasiya Akademiyasını “Avianəqliyyatın idarə olunması” ixtisası üzrə bitirmişdir. 2003 – 2004-cü illərdə Amerika Birləşmiş Ştatlarında “Missouri-Kansas City” Universitetində “Biznesin idarə olunması” ixtisası üzrə təhsil almışdır. 2014-2016-cı illərdə “Maastricht School of Management” və ADA Universitetinin Biznesin idarə edilməsi proqramı üzrə təhsil alaraq MBA (Master of Business Administration) magistr dərəcəsi almışdır. 2004-ci ildən anderraytinq və təkrarsığorta sahəsində işləyir. 2009-cu ildən etibarən “AzRe Təkrarsığorta” ASC-də Anderraytinq və təkrarsığorta departamentinin müdiri vəzifəsində, 03 yanvar 2019-cu il tarixindən İdarə Heyətinin üzvü vəzifəsində işləyir. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.









Təftiş Komissiyası

Məmmədli Gündüz Zakir oğlu – Sədr

Aslanov Emin Cahangir oğlu – Üzv

Mirhadiyev Cavid Sənan oğlu – Üzv

Daxili Audit Xidməti

Əliyev Fərid Çingiz oğlu – Rəhbər

Baş Mühasib

Əfəndiyeva Lalə Əli Heydərovna - Baş mühasib

Məsul Aktuari

Mikayılov Sarxan Umudvar oğlu – Məsul Aktuari, Aktuar Departamentinin Direktoru

1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsini fərqlənmə ilə bitirmişdir. 1996-2011-ci illərdə "Shollar Bottling Company”, “Baku Steel Company” və “İktex” MMC şirkətlərində informasiya texnologiyaları, proqramlaşdırma, planlaşdırma, texniki və maliyyə analizi sahələri üzrə məsul vəzifələrdə çalışmışdır. 2011-ci ildən etibarən sığorta sahəsində işləyir. Azərbaycan, Rus və İnglilis dillərini bilir.










David Wansbrough-Jones – Məsləhətçi

David Wansbrough-Jones beynəlxalq sığorta bazarında 45 illik iş təcrübəsinə malikdir. O, Mərkəzi və Şərqi Avropada sığorta və təkrarsığortanın inkişafına kömək edən məsləhətçi kimi fəaliyyət göstərmiş və bu regiondakı bir sıra sığorta və təkrarsığorta şirkətləri, həmçinin Dünya Bankı tərəfindən dəvət olunmuşdur. David Wansbrough-Jones müxtəlif vaxtlarda Polish Re şirkətində məsləhətçi və Qazaxıstanda London-Almaty Insurance Co şirkətində İdarə Heyətinin üzvü kimi çalışmışdır. O, 2007-ci ildən 2010-cu ilə kimi Sava Re şirkətində Təkrarsığorta əməliyyatlarının rəhbəri və rəhbərliyin məsləhətçisi olmuşdur. Hal hazırda isə Polşanın ‘Wygodnie.pl’ internet səhifəsinin İdarə Heyətinin Sədr müavinidir. 2015-ci ildən etibarən David Wansbrough-Jones “AzRe Təkrarsığorta” ASC-yə təkrarsığorta sahəsində məsləhət xidmətləri göstərir.