Sədrin ön sözü

Hər zaman yeni məhsullar, keyifiyyətli xidmət və yüksək maliyyə stabilliyi təqdim edən, Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkətinə - AzRe Təkrarsığortaya xoş gəlmisiniz.
AzRe Təkrarsığorta ASC bütün sığorta növləri üzrə, birbaşa və ya brokerlər vasitəsilə, proporsional və qeyri-proporsional qaydada, fakultətiv və obliqator təkrarsığorta müqavilələri bağlamaqla risklərinizi mükəmməl şəkildə idarə edir. AzRe Təkrarsığortada müştərilərin bütün ehtiyyaclarını ödəyəcək təkrarsığorta məhsulları hazırlamağa malik olan yüksək texniki bilikli və peşəkar anderrayterlər fəaliyyət göstərir.
AzRe barədə əlavə məlumatlar almaq üçün saytın digər bölmələrinə daxil olun və sığorta bazarında AzRe-nin ön sıralarda olmasına bir daha əmin olun.


Tarix

Bu bölmədə siz AzRe Təkrarsığortanın tarixində baş vermiş ən mühüm hadisələr barədə məlumatlandırılacasınız. Ümid edirik ki, zaman keçdikcə bu bölmə bizim uğurlarımız barədə faktlarla dolu olacaqdır:

  • Oktyabr, 2007 – AzRe Təkrarsığorta ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçir
  • Noyabr, 2007 - AzRe Təkrarsığorta ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyəti aparmaq üçün lisenziya alır.
  • “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar “AzRe Təkrarsığorta” açıq səhmdar cəmiyyətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2012-ci il 07 noyabr tarixdə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.
  • Oktyabrın 17-də AM Best Rating Agentliyi “AzRe”nin beynəlxalq reytinqini açıqlayıb. Şirkətin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib.

“AzRe Təkrarsığorta” açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Sığorta (müstəsna olaraq təkrar sığorta) fəaliyyəti həyata keçirmək üçün verilmiş 000800 saylı Lisenziya əsasında fəaliyyət göstərir.

Şirkətin fəlsəfəsi

AzRe Təkrarsığorta ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir. O, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir. Bizim məqsədimiz, böyük və kompleks risklər də daxil olmaqla, müxtəlif növ risklərin idarə ounmasında yerli sığorta şirkətlərinə dəstək olmaqdır. Yüksək maliyyə stabilliyinə və peşəkar kadrlara malik AzRe Təkrarsığorta Şirkəti yalnız Qeyri-həyat Sığorta şirkətlərinə təkrarsığorta həllini təklif edir. Biz öz sedentlərimizlə və təkrarsığorta vasitəçiləri ilə yaxından işləyərək onların strateji və cari ehtiyyaclarını öyrənirik və bu biliklə onların spesifik ehtiyyaclarını ödəyəcək “riskin ötürülməsi” məhsulunu hazırlayırıq. Eyni zamanda bizim komanda sedentlərimzin ehtiyaclarını təmin edəcək sürətli, peşəkar və effektiv şəkildə sığorta hadisələrinin tənzimlənməsini həyata keçirir.

Korporativ fəlsəfəmiz bizim missiyamızda və gələcəyə baxışımızda da öz əksini tapır:

Missiya - Biz, müşətilərimizə yüksək səviyyəli müştəri xidməti və səhmdarlarımıza qənaətbəxş gəlir çatdırmağa çalışırıq.

Gələcəyə baxış - Məqsədimiz yerli və regional sığorta şirkətlərinin əsas təkrarsığorta partnyoru olmaqdır.

Prinsip və dəyərlərimiz

Biz üstünlük verdiyimiz prinsip və dəyərlər əsasında fəaliyyət göstərməklə sedentlərimiz qarşısında etibarlı və şəffaf partnyora çevrilirik:

Dinləmək və cavab vermək - Biz müştərilərimizlə sıx əməkdaşlıq edərək onları dinləyirik və onların uğur qazanması üçün ehtiyyaclarına uyğun effektiv məhsul təqdim edirik.

İnam - Biz şirkətdaxili münasibətlərdə və müştərilərlə münasibətdə qarşılıqlı inam əsasında işləyirik.

Diversifikasiya - Biz risklərimizi təqdim etdiyimiz məhsullar üzrə bölüşdürürük.

Daimi inkişaf / aktivlik - Biz daima müştəri xidmətini, işçi peşəkarlığını və səhmdarların məmnuniyyətini artırırıq.

Əməkdaşlıq / Partnyorluq - Biz müştərilərimizə münasibətdə uzunmüddətli əməkdaşlığa üstünlük veririk və bunun üçün bütün müvafiq tədbirləri görürük.

Biz öz məqsədimizi reallaşdırmaq üçün üstünlük verdiyimiz dəyərlərlə yanaşı, çeviklik, yenilikçilik, yüksək performans və nizam-intizam prinsiplərinə də əməl edirik.

Daranış qaydaları

AzRe Təkrarsığorta hər zaman fəaliyyət göstərdiyi bütün ərazilərdə və sahələrdə qüvvədə olan qanun və qaydalara əməl etmişdir və etməkdədir. Eyni zamanda, AzRe öz fəaliyyətini yüksək etik və peşəkarlıq standardlarına uyğun şəkildə aparmağı qarşısına vəzifə qoymuşdur. Biz öz fəliyyətimizdə ədalətlilik, səmimiyyət və düzgünlük prinsiplərinə sadiq qalırıq. Bunun səbəbi şirkətimizin və onun işçilərinin pozitiv görünməsi və ya bizim müştərilərimizin bunu bizdən tələb etməsi deyil, biz bu prinsiplərə ona görə əməl edirik ki, sadəcə olaraq edilməsi düzgün hesab edilən bir şeydir. AzRe-nin Davranış Qaydaları burada çalışan vəzifəsindən, işlədiyi departamentdən asılı olmayaraq bütün işçilərə şamil olunur.